Bu gündən ibtidai sinif müəllimlərinin sertifikasiyasına başlanılır

GÜNDƏM 30 avq 2022, 08:30
Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Sertifikatlaşdırma 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək.

Ilkin olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional İdarələrin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı verəcək.

Qeyd edək ki, hamilə və ya sosial məzuniyyətdə olan qadınlar sertifikatlaşdırmadan azaddır. İbtidai sinif müəllimləri üçün test tapşırıqları şagirdlərə tədris etdikləri dərsliklər əsasında tərtib olunub. Uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq.

Həmçinin ilk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azaldılmayacaq. Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10%, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə veriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top