Cüdoçularımız dünya çempionatının fərdi yarışlarında üç medal qazandı

İDMAN 27 avqust 2022, 18:59
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatının fərdi yarışlarını Azərbaycan komandası üç medalla başa vurub.

Demokrat.az xəbər verir ki, yığmamızın üzvləri Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (60 kq), Aydan Vəliyeva (48 kq) isə bürünc medal qazanıblar.

Yığmamız avqustun 28-də isə komanda yarışlarında çıxış edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top