Sumqayıtda xəstəxanada yanğın baş verib — VİDEO

SOSİAL 21 avqust 2022, 20:30
Sumqayıtda xəstəxananın həyətində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, söhbət Travmatologiya Xəstəxanasından gedir.

Yanğın xəstəxananın həyətindəki yarımtikilidə baş verib. 

FHN-dən Oxu.Az-ın sorğusuna verilən cavabda yanğın faktı təsdiq edilib. Bildirilib ki, hazırda əraziyə yanğınsöndürən maşınlar cəlb olunub:

"Hazırda yanğının söndürülməsi tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top