Zirə “El hamamı” muzeyə çevrilsin — TƏKLİF

SOSİAL 21 avq 2022, 14:37
Zirə sakinləri  xanım Mehriban Əliyevaya  müraciət ediblər.

Xəzər rayonu Zirə qəsəbəsinin bir qrup sakini Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayiblar. Müraciətdə deyilir: 

“Hörmətli Mehriban  xanım!

Zirə qəsəbəsinin ən qədim memarlıq abidəsi sayılan “El hamanı” Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə  2017-ci ildə əsaslı şəkildə bərpa edilmişdir. Etiraf etməliyik ki, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan abidə məhz Heydər Əliyev Fondunun addımları sayəsində bu gün Zirə qəsəbəsinin əsas simvollarından birinə çevrilib. Hazırda 1749-cu ildə inşa edilən “El hamamı”  yerli əhəmiyyətli memarlıq abidəsi kimi 2.592 inventar nömrəsiylə dövlət qeydiyyatındadır.

Bu gün “El hamamın”da 100-dən artıq eksponat sərgilənməkdədir. Bu eksponatlar içərisində yaşı 300 ildən artıq olan maddi-mədəni irs nümunələri vardır. Lakin son beş ildə hamamın və burda sərgilənən eksponatların statusu müəyən edilmədiyindən həm hamam, həm də eksponatlar ciddi korroziyaya uğramaq təhlükəsindədir.
Hazırda “El hamamı” və  Zirənin qədim “Qələndəriyyə Xanəgahı” üzrə  məsul vəzifəli şəxsin olmaması,  onun standartlara uyğun mühafizəsinin təşkil edilməməsi, ümumiyyətlə statusunun müəyyən edilməməsi, həm hamamın, həm də xanəgahın bu günkü vəziyyətinə, o cümlədən  hamamda sərgilənən qədim eksponatların qorunub saxlanılmasını sual altında qoyur.

Bundan başqa bildirmək istəyirik ki, qəsəbənin ilk məktəbi 1924-cü ildə kənd cammatının şəxsi hesabına tikilib istifadəyə verilmişdir. Binanın tikinitisinə kənddə olan qırmızı gildən istifadə olunub.  Bina Şərq üslubunda tikilmiş, böyük bir dəhliz və dörd böyük sinif otagımdan ibarət olmuşdur. Pəncərələri və qapıları eyni üslubda aypara üslundadır. Hazırda məktəbin də tairixi abidə kimi saxlanılması üçün əsaslı təmirə ehtiyacı var. 

Bu gün Zirə “El hamamı”nın hazırki vəziyyəti onun qəsəbənin zəngin tarixini özündə daşıyacaq “Zirə tarixinin muzeyi” kimi  fəaliyyət göstərməsi üçün rəsmi statusun verilməsinə imkan yaradır. Bu qərarın verilməsi  həm biz sakinlərin, həm də ziyalıların ürəyincə olmuş olardı. Bununla həmdə Zirə kəndinə aid olan yüzlərcə qədim maddi mədəni-irs nümunələrini qorumuş olarıq. 

Hörmətli Mehriban xanım!  

“El hamamı”nın və burda sərgilənən eksponatlar əsasında Zirə tarix müzeyinin yaradılması üçün aidyyəti orqanlara göstəriş verməyinizi Sizdən xahiş edirik. İnanırıq ki, atacağınız bu addım həmdə  Azərbaycan tarixində mühüm rol oynayan qədim Bakı və Abşeronun maddi-mədəni irsinin qorunmasına xidmət etmiş olacaqdır.

Sizə dərin hörmət və ehtiram hissiylə.
 
Müraciəti 15 nəfər Zirə qəsəbə sakini imzalayıb.







Malik
Demokrat.az




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top