Türkiyədə ağır qəza — 15 nəfər öldü

REGİON 20 avq 2022, 15:26
Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Qaziantep-Nizip yolunda qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb.

Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.

Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, dünyasını dəyişənlərdən ikisi jurnalistdir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top