Baş redaktor: “Bəzi KİV-də peşə etikası prinsipləri pozulur”

MEDİA 19 avq 2022, 21:25
Bütün sahələrdə olduğu kimi, media sahəsində də peşəkarlığın əsas meyarlarından biri peşə etikası amili sayılır. Bütün dünyada olduğu kimi, Azərbaycan mediasında da peşə etikasına riayət edilməsi, əxlaq normalarının gözlənilməsi və qarşı tərəfin dinlənilməsi kimi məsələlər peşəkar medianın əsas prinsipləri olmalıdır. Belə olmadıqda, media peşəkarlığı arxa plana keçir, əvəzində qərəzlilik meydana çıxır. 

Demokrat.az
xəbər verir ki, bu fikirləri Azxeber.com-a mediada peşə etika kodeksindən danışan "Demokrat.az" saytının baş redaktoru Vasif Həsənli qeyd edib.

Çox təəssüf ki, bir sıra hallarda bəzi KİV-lərimizdə bu prinsiplərə əməl olunmur, "Media haqqında” Azərbaycan Respublikasının Qanununun və "Redaksiya siyasəti və peşə etikası” qaydalarının tələblərini kobud şəkildə pozulur. 

Şübhəsiz ki, bu yolverilməzdir və bütün həmkarımızı qərəzsiz və peşəkar olmağa çağırıram. 

Hələ bir neçə ay öncə Medianın İnkişafı Agentliyi tərəfindən redaksiyalara  "Redaksiya siyasəti və peşə etikası qaydaları” təqdim olunub. Demokrat.az olaraq biz də bununla redaksiyada toplantı keçirib, müvafiq tapşırıqlar vermişik. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərinin öz redaksiya siyasətini müəyyənləşdirməsi, "Redaksiya siyasəti və peşə etikası qaydaları”nın tələblərinə əməl etməsi mediamızın inkişafı, peşəkarlığının artırılması baxımından çox faydalı olacaq və ümumilikdə media sahəsində peşə etikasına ciddi riayət olunması prosesini sürətləndirəcək.

Hesab edirəm ki, Azərbaycan mediası həm bu qaydalara, həm də "Media haqqında” qanunun tələblərinə ciddi şəkildə əməl etməli və öz peşəkarlığını nümayiş etdirməlidir. 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top