Meşə yanğınları nəticəsində “Azəriqaz”a dəymiş ziyan müəyyən ediləcək

SƏNAYE VƏ ENERGETİKA 19 avq 2022, 12:42
Meşə yanğınları nəticəsində SOCAR “Azəriqaz” İstehsalat Birliyinə dəyən ziyanın həcmi yanğınlar başa çatdıqdan və lazımi təftiş işləri keçiriləndən sonra müəyyən ediləcək.

Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Azəriqaz”a indiyədək dəyən ziyan çox boyük deyil, lakin dəyən ziyanın tam həcmi təftiş və yoxlamalar aparılandan sonra müəyyən olunacaq.

Ruslan Əliyev onu da əlavə edib ki, yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə (1 000 abonentə yaxın) qazın verilişi dayandırılıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top