Əmioğlular arasındakı mübahisə ölümlə nəticələndi

HADİSƏ 17 avq 2022, 23:31
Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib.

1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb.

36 yaşlı F. Şəbiyev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sen 2022, 09:44
Top