“Ölkəmizdə internetin qiyməti qalxıb. Məsələnin iqtisadi mahiyyətinə baxanda, yeraltı xətlərdə dəyişiklik gözə çarpmır. Yəni, xətlərin çoxu korroziya uğrayıb. İnternetin sürətini qaldırsalar belə, gözləntiləri görmək olmur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib. Ekspert qeyd edib ki, “Baktelecom” və “Aztelekom” dövlət balansındadır:
“Bu provayderlərin xətləri nasaz vəziyyətdə olmamalıdır və dövlətdən maliyyə yardımı alırlar. Araşdırmalar göstərir ki, qiymət artımı ilə bağlı xətlər də dəyişdirilməli idi ki, artım keyfiyyət göstəricisini əks etdirsin. Misal üçün Türkiyədə ən azı 24 mbs 13 AZN-dir.

Demək Türkiyə ilə müqayisədə belə bizdə internet bahadır. Halbuki, infilyasiya həddi orada bizdən yüksəkdir. Keyfiyyətdə isə onlar irəlidədir. Hesab edirəm ki, qiymət artırılmazdan əvvəl xətlər düzəlməli idi ki, daimi fasilələr, olmasın, sürətdən narazılıq olmasın. Bundan əlavə isə istehlakçıya seçim verilməlidir”.
Aynurə
Demokrat.az