Paytaxtda daha bir yaşıllıq məhv edildi — Yerində bina tikilir...

GÜNDƏM 16 avqust 2022, 14:08
Paytaxtın Binəqədi rayonu, “9-cu mikrorayon” ərazisində 20 illik yaşı olan ağacları məhv edilərək, yerində bina tikilir. 

Demokrat.az xəbər verir ki, bununla bağlı ərazidə yaşayan sakinlər tanınmış hüquqşünas-vəkil Aslan İsmayılova müraciət ediblər. 

Müraciətdə qeyd olunur ki, əvvəlcə ağacların suyu kəsilərək qurdulub, daha sonra isə "ağaclar quruyub" adı altında kəsilərək məhv edilib. 

Sakinlərin sözlərinə görə, hazırda Fərhad adlı iş adamına məxsus olan MTK tərəfindən ağacların yerində bina inşa edilir. 

“Əvvəlcə ağacların dibinə nəsə töküb qurutdular, sonra da həmin ağacları kəsdilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərazidə törədilən qanunsuzluğun adını "ağaclar özü quruyub" qoydu. Hazırda Fərhad adlı MTK tərəfindən ərazidə bina tikilir. Mübafiq qurumlara müraciət etsək də, şikayətlərə baxan yoxdur”, - deyə sakinlərin şikayətində qeyd olunur. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu göndərmişik. 
 
Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top