Krımda Rusiyanın daha bir hərbi bazası vuruldu — VİDEO

REGİON 16 avqust 2022, 10:30
Krımın Cankoy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə yanır.

Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat yayıb.

"Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər verirəm: Cankoy vilayətinin Qalay (indiki Azov) kəndində rusların hərbi hissəsinə uğurlu zərbə endirilib. Partlayış səsləri bir saat ərzində eşidilirdi", - Çubarov bildirib.

O əlavə edib ki, zərbələr hərbi sursat anbarlarına dəyib.

Bundan başqa Mayskoe kəndindəki yarımstansiyada da yanğın baş verib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top