İlham Tumas: “Sosial şəbəkələrdən istifadə edən hərbçi qardaşlarımız diqqətli olmalıdır”

GÜNDƏM 13 avq 2022, 13:55
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Məsələ ilə bağlı ehtiyatda olan zabit İlham Tumas Demokrat.az-a açıqlamasında bildirib ki, bu, hərbi etika qaydalarının pozulması deməkdir. 

“Düşünürəm ki, hərbiçilər, müəyyən hüquq-mühafizə orqanlarında işləyən insanlar sosial şəbəkələrdən istifadə edə bilərlər. Təbii ki, mətbuatla əlaqədə olan şəxslər və məsul şəxslər istisna olmaqla bu mümkündür. Amma, düşünürəm ki, orada xüsusi dövlət sirlərini, hansısa xidmətlə bağlı detalları, məqamları paylaşmaq düzgün deyil. Bu məsələdə hər kəsi ayrı-ayrılıqda maarifləndirmək də mümkün olmur. İnsanlar özləri başa düşməlidirlər ki, hansısa hərbiçimiz bir mövqenin görüntüsünü paylaşırsa, artıq bunu yalnız Azərbaycanda yox, həmçinin digər ölkələrdə də, düşmən ölkələrdə də görürlər. Ona görə də, hərbçi qardaşlarımız belə şeylərdə mütləq diqqətli olsunlar”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top