Orduda smartfon təhlükəsi... — VİDEO

HƏRBİ 13 avq 2022, 08:56
Son bir ay ərzində Müdafiə Nazirliyi bir neçə hərbi qulluqçunu smartfonlarla sosial şəbəkələrdə canlı yayım, eləcə də paylaşımlar etdiyi üçün xidmətdən kənarlaşdırıb. Ekspertlər ordu rəhbərliyinin qərarının doğru və zamanın tələbinə uyğun olduğu qənaətindədirlər.

Bəziləri xidməti yerindən sosial şəbəkələrdə canlı yayım etdiyi üçün, bəziləri isə xidmət etdikləri əraziyə aid sosial şəbəkələrdə foto, videolar paylaşdıqlarına görə ordudan uzaqlaşdırıldılar. Söhbət Müdafiə Nazirliyinin qərarı ilə son günlər xidməti qaydaları pozduqları üçün işdən uzaqlaşdırılan hərbçilərdən gedir.

Ekspert Ramil Məmmədli bildirib ki, smartfonlarla bağlı qadağalar dünyanın bir çox ordularında hazırda tətbiq edilməkdədir. Azərbaycanda isə hərbçilərə qoyulan qadağa iki istiqamətdədir.

Mütəxəssis qeyd edib ki, hələ Tovuz döyüşləri zamanı smartfonlarla bağlı məsələ ciddi problem kimi gündəmə çıxmışdı.

Məsələnin hüquqi tərəfinə gəldikdə isə Ramil Məmmədli bildirib ki, orduda smartfonlardan istifadənin qadağan olunması ilə bağlı qanunda hansısa müddəa yoxdur. Ancaq bu məsələ digər hüquqi aktlar və əmrlə icra edilə bilər.

Onu da demək lazımdır ki, son bir ildə smartfonlardan qaydalara uyğun olmayan şəkildə istifadəyə görə Müdafiə nazirliyinin qərarına əsasən 10-a yaxın hərbi qulluqçu hərbi xidmətdən kənarlaşdırılıb.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top