Mingəçevirdə vətəndaşların sualları yerindəcə cavablandırıldı — FOTOLAR

SOSİAL 11 avq 2022, 20:42
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Mingəçevir şəhərində təşkil olunub.

Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov “Səyyar qəbul otağı”nın keçirilməsində əsas məqsədin vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin həllinə dəstək verməkdən ibarət olduğunu bildirərək, vətəndaşları onları narahat edən məsələləri açıq şəkildə səsləndirməyə çağırıb.

Sakinlər görüş zamanı işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər. Vətəndaşların problem və təkliflərini dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də görüşdə iştirak ediblər.

Ünvanlanan müraciətlər qurum rəsmiləri tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top