Laçını tərk edən ermənilər kilsəyə belə ziyan vurur — VİDEO

QARABAĞ 11 avq 2022, 12:14
Laçını tərk edən ermənilərin vandallığını əks etdirən daha bir video yayılıb.

Demokrat.az xəbər verir ki, görüntülərdə ermənilərin kilsənin üzərindəki xaç ornamentləri fasaddan sökərək çıxardıqlarını görmək mümkündür. Sözügedən video erməni teleqram kanallarında yayılıb.

Göründüyü kimi, ermənilər həmişə olduğu kimi tarixi abidələrə ziyan vurur.

Qeyd edək ki, Laçında yaşayan ermənilər “Azadlıq” radiosunun erməni bürosuna açıqlamalarında bildiriblər ki, onlara bu ayın sonuna qədər şəhəri və Zabux kəndini tərk etmələri tapşırılıb.(qafqazinfo.az)
 





 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sen 2022, 18:25
Top