Türkiyədə mülki təlim təyyarəsi qəzaya uğradı

REGİON 10 avq 2022, 23:13
Türkiyənin Afyonkarahisar vilayətində mülki təlim təyyarəsi qəzaya uğrayıb.

İlkin məlumata əsasən, qəza nəticəsində təyyarədə olan iki nəfər xəsarət alıb. Onlar bölgədəki xəstəxanaya çatdırılıblar.

Hadisə Afyon Kocatepe Universitetinin heyvan ferması ərazisində meydana gəlib.

Qəza ilə bağlı hələ açıqlama verilməyib.

Faktla bağlı araşdırma başladılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top