“Bakı Fələstin ilə İsrail arasında vasitəçi ola bilər” — ŞƏRH

GÜNDƏM 10 avq 2022, 14:21
“Prezident İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Məhəmməd Ştayyehi və Şimali Kipr Prezidenti Ərsin Tatar ilə görüşüb. Hər iki dövlət rəsmisi ilə görüşlərin Türkiyə tərəfindən təşkil edildiyini demək olar. Xüsusilə Ankara Bakının İsrail ilə əlaqələrini yaxşı bilir. Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması prosesində rəsmi Bakının sərgilədiyi vasitəçilik və konstruktiv mövqeyin Fələstinlə də olmasını istənilir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloq vurğulayıb ki, Fələstin-İsrail münasibətləri son günlər yenidən gərginləşib:



“Hesab edirəm ki, Azərbaycan iki ölkə arasında həm sülhün əldə edilməsi, həm də münasibətlərin normallaşmasında vasitəçi ölkə ola bilər. Rəsmi Bakının həm İsrail, həm də Fələstin ilə münasibətləri normaldır. Azərbaycanın münaqişə təcrübəsi və Qoşulmama Hərəkatının sədri olduğunu nəzərə alsaq, belə bir vasitəçilik missiyası uğurlu alına bilər”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top