Azərbaycan və Əlcəzair arasında iki sənəd imzalandı

XARİCİ SİYASƏT 10 avq 2022, 12:50
Azərbaycan və Əlcəzair Xarici İşlər nazirlikləri arasında iki sənəd imzalanıb.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 10-da Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranla birlikdə keçirdiyi brifinqdə deyib.

“Bu gün iki sənəd imzaladıq. Bunlar iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərin vizadan azad olunması haqqında və iki nazirlik arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair sənədlərdir”, - XİN başçısı vurğulayıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top