Deputat: “Azərbaycan Türk dünyasının maraqlarını yüksək səviyyədə qorumağa hazırdır”

GÜNDƏM 10 avq 2022, 12:15
“Azərbaycan Türkiyə ilə müttəfiqlikdən də daha yüksək münasibətlərdədir. Biz qardaş-dost, bütün məsələlərdə eyni münasibət sərgiləyən ölkələrik. Bu iki ölkənin münasibətləri bütün dünya üçün bir nümunədir. Ulu öndər Heydər Əliyev bir millət, iki dövlət fəlsəfəsi daima özünün göstərir. Görüşlər vaxtaşırı keçirilir və bu görüşlərdə həm də iki ölkə arasındakı münasibətlər müzakirə edilir. Yeni prespektivlər müəyyənləşir, yeni layihələr diqqətdən keçirilir. Eyni zamanda, dünyada gedən proseslərə dair fikir mübadiləsi edilir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, bu gün dünyada böyük dövlətlər arasında çox gərgin münasibətlər var:

“Bu münasibətlər təkcə onlara deyil, dünyada gedən proseslərə təsir edir. Azərbaycan və Türkiyənin təmkinli xarici siyasəti bu gərginliyin böyüməməsinə xidmət edir. Azərbaycanın Rusiya-Ukrayna müharibəsində Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və Ukraynaya humanitar yardım göstərməsi, Türkiyənin vasitəçiliyi nəticəsində dünyanı taxıl böhranından xilas edilməsi bu qəbildən olan məsələləri şərtləndirə bilər. Azərbaycan prezidentinin dünən İslamiada Oyunlarına dəvət edilən şəxs kimi iştirak etsə də, bununla belə Türkiyə prezidenti ilə görüşləri iki ölkə arasında münasibətlər daha yüksək səviyyəyə qalxmağa kömək edir. Şimali Kipr Respublikasının prezidenti ilə görüş isə bir daha göstərir ki, Azərbaycan Türk dünyasının maarqlarını həmişə yüksək səviyyədə qorumağa hazırdır və Kipr türklərinin hüquqlarını qorunması, onların təmin edilməsi eyni zmanada Azərbaycanın marağında olan məsələlərdəndir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top