Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı — FOTO

REGİON 10 avq 2022, 13:03
Rusiya ordusu son 24 saat ərzində daha 160 əsgər itirib.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının 24 fevral-10 avqust tarixləri arasında Rusiya ordusunun itkiləri ilə bağlı verdiyi açıqlamada deyilir.

Açıqlamada Rusiya ordusunun ümumilikdə 42 800 əsgər itirdiyi, 232 təyyarə, 193 helikopter, 1 832 tank, 4 086 zirehli texnika, 971 artilleriya, 261 reaktiv yaylım atəşi sistemi və 133 hava hücumundan müdafiə sisteminin məhv edildiyi bildirilib.

Rusiya qüvvələrinin 3 005 avtomobil, 15 gəmi və kater və 766 pilotsuz uçuş aparatını itirdiyi qeyd edilən açıqlamada, ruslar tərəfindən atılan 185 qanadlı raketin də Ukrayna hava hücumundan müdafiə bölmələri tərəfindən vurularaq məhv edildiyi qeyd olunub.



Kərim
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top