Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu

HADİSƏ 10 avq 2022, 09:35
Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub.

Oxu.Az-a danışan hadisə şahidləri iddia edirlər ki, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub.

Onların sözlərinə görə, daim sərxoş vəziyyətdə olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri olub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. Bundan daha da hiddətlənən Murad Əliyevin avqustun 9-u saat 18 radələrində yenə içkili vəziyyətdə evə gəldiyi və qəsdlə evi yandırdığı iddia edilir.

Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər. 300-dən çox sakin yanan binadan təxliyə edilib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top