Yevlaxda baş verən yanğınla bağlı TƏBİB məlumat yaydı

GÜNDƏM 09 avq 2022, 21:59
Yevlaxda baş verən yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bir nəfər isə əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top