“Ermənistanın blokadadan çıxması üçün Türkiyə və Azərbaycan tərəfindən imkanlar yaradılacaq” — ŞƏRH

GÜNDƏM 09 avq 2022, 12:20
“Türkiyə ilə Ermənistan münasibətlərində normallaşma prosesində bir sıra müsbət məqamları qeyd etmək olar”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib. Politoloq qeyd edib ki, artıq dövlət sərhəddindən üçüncü ölkələrin vətəndaşları tərəfindən keçməsi ilə bağlı razılıq əldə edilib:

“Bununla yanaşı, hava əlaqəsinin bərpası üçün də ilkin addımlar atılıb. Güman etmək olar ki, növbəti mərhələdə Ermənistanın Türkiyə ilə quru sərhəddinin açılması, bununla paralel olaraq rəsmi İrəvanın Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi ilə bağlı razılaşmaların əldə olunması üzərində iş aparılacaq.



Ermənistanın Türkiyə məhsullarına tətbqi etdiyi embarqonun da götürüləcəyini gözləmək olar. Əsas məsələ Ermənistanın Türkiyəyə qarşı iddialarından, qondarma 1915-ci soyqırımı iddialarından əl çəkməsidir. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün tanınması və Azərbaycana qarşı iddiaların olmaması ilə əlaqədar hüquqi qüvvəyə malik saziş imzalamasıdır. Paşinyan komandası bu istiqamətdə konkret addımlar atdığı halda mərhələ-mərhələ Ermənistanın da blokadadan çıxması üçün Türkiyə və Azərbaycan tərəfindən də imkanlar yaradılacaq”. 

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top