“Laçında ermənilər murdar xislətlərini yenə göstərir” — ŞƏRH

GÜNDƏM 08 avq 2022, 11:19
“Ermənilərin işğal edərək məskunlaşdığı Laçın şəhəri və digər ətraf bölgələrdən çıxması prosesinə toxunmazdan öncə bəzi vacib məqamlara toxunmaq lazımdır. 10 noyabr sazişində nəzərdə tutulan müvafiq maddəyə uyğun olaraq ermənilər Laçın rayonunu da boşaltmalıdır. Laçın rayonunun şəhər mərkəzi və 5 km enində dəhlizdən başqa, kəndlərinin hamısı boşaldılıb, orada bir nəfər də olsun erməni yaşamır. Sadəcə şəhər mərkəzində, sülhməramlıların olduğu ərazidə az sayda erməni var ki, Laçın şəhərində qalır və sülhməramlılara xidmət göstərirlər”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O vurğulayıb ki, ordumuzun düşmən təxribatlarına layiqli cavabından sonra artıq ermənilər həmin əraziləri də tərk etməyə başlayıblar:

“Burada isə vacib bir məqam var. Xatırlayırsınızsa, 10 noyabr sazişinə əsasən, müvəqqəti olaraq Laçın rayonunun mərkəzindən ermənilərə dəhliz verilir, amma alternativ yol çəkildiyi təqdirdə, şəhər yenidən Azərbaycana qaytarılır və digər yolu sülhməramlılar qorumağa başlayır. Artıq o yolun çəkilişi tamamlanmaq üzrədir və ermənilərin şələ-şülələrini yığıb getmə səbəblərindən biri də budur. Çünki yeni yolun çəkilişindən sonra sülhməramlılar məhz həmin yolun mühafizəsi ilə məşğul olacaqlar.



Belə olan təqdirdə ermənilər əvvəlki tək sülhməramlıların qoltuğu altında yaşaya bilməyəcəklər. İstər o yol Laçın şəhərinin mərkəzindən keçsin, istəyir başqa ərazidən fərqi yoxdur bu yollardan ermənilərin sui-istifadə etməsinin qarşısını almaq və qayda-qanunu tənzimləməyə birbaşa borclu olan sülhməramlılardan missiyasını lazımi qaydada yerinə yetirməyi tələb etməliyik. Məhz onların məsuliyyət zonasında baş verən hadisələrə görə də onlar - sülhməramlılar cavabdehdirlər”. “Biz nəinki alternativ yolla bağlı, digər məsələlərdə də ermənilərə heç vaxt inanmamalıyıq. Təbii ki, bunlar tarixən Azərbaycana qarşı məkrli, hiyləgər davranış sərgiləyiblər. Vətən müharibəsində biz qələbə qazanmışıq deyə, indi bunların gözləri qırılıb, məğlubiyyətə uğradıqlarına görə hələ toparlana bilmirlər. Amma düşmən həmişə düşməndir. Odur ki, biz bütün zamanlarda ayıq-sayıq olmalıyıq. İndi Laçında baş verənlər də düşmənin mahiyyətini açıb göstərir. Eyni prosesin Ağdam və Kəlbəcərdə də şahidi olmuşuq. Ermənilər murdar xislətlərini yenə göstərir. Əclaflıqlarından, alçaq hərəkətlərindən əl çəkmədiklərinə inandırırlar dünyanı. Bu tərketmə prosesində ermənilərin etdiklərinin qarşısını almaq praktiki olaraq mümkün deyil. Bunu nə böyük əraziyə səpələnmiş azsaylı sülhməramlılar fiziki cəhətdən edə bilər, nə də biz. On minlərlə ev var, obyekt var. Hələ dərə, dağ, meşələri demirəm”. 

“Evə od vurub çıxıb gedirsə, bu artıq erməni xislətinin açıq nümayişidir və biz bu faktları toplayıb həm dünya ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara və məhkəmələrə çıxarmalıyıq. İnternet videolarla doludur. Peyklərimiz də istənilən faktı qeydə alır. Bu faktlar əslində, bizim onillərdir dünyaya çatdırmaq istədiklərimizi çatdırdı, ermənilərin necə vəhşi olduğunu sübut etdi. Bizim işimiz bunları bütün sosial şəbəkələrdə yaymaqdır. Xarici mediada dərc etdirməkdir. Ermənilərin tərk etdikləri evləri, həm də zorla zəbt etdikləri, uzun illər içində yaşadıqları azərbaycanlı evlərini yandırmaları, ağacları kəsmələri, meşəyə od vurmaları onların vəhşi təbiətini büruzə verir. Təsəvvür etmək belə çətindir ki, insan içində yaşadığı evə necə od vura bilər? Bunu edən insanlıqdan, insani dəyərlərdən kənar iyrənc məxluqlar ola bilər”, - deyə sonda politoloq fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top