Çempionlar Liqası: “Qarabağ” Macarıstan klubu ilə heç-heçə edib — YENİLƏNDİ

İDMAN 03 avq 2022, 22:17
"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Oxu.Az-ın məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan və isveçli FIFA referisi Andreas Ekberqin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Komandalar arasında cavab qarşılaşması avqustun 9-da Budapeştdə keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

xxx

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

xxx

Bakıda "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.
Oxu.Az-ın məlumatına görə, 35-ci dəqiqədə Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1.


"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. 

XXX

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada qonaqlar önə keçib - 0:1.

Frank Boli 17-ci dəqiqədə fərqlənib. 

xxx

"Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlaylb.

Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top