Növbəti həftə daha 5 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

SƏNAYE VƏ ENERGETİKA 30 iyl 2022, 15:05
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Növbəti həftə (01-05.08.2022 tarixləri) saat 11:00-da daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Demokrat.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Salyan şəhərində (M.Ə.Rəsulzadə küçəsi 137, Mərkəzi Kitabxana), 2-ci günü Neftçala şəhərində (Heydər Əliyev prospekti 23, Heydər Əliyev Mərkəzinin qarşısı), 3-cü günü Şirvan şəhərində (İstiqlal prospekti 10, İcra Hakimiyyətinin yanı), 4-cü günü Hacıqabul şəhərində (İsmət Qayıbov küçəsi 14), 5-ci günü Sabirabad şəhərində (Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.



Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top