Peyvənd olunanların sayı açıqlandı — FOTO

SOSİAL 22 iyl 2022, 20:06
Azərbaycanda son sutkada 2 210 nəfər vaksinasiya olunub.

Demokrat.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 417, ikinci doza vaksinlərin sayı 113 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 416-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 800 702 təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top