Cəlilabadda qadın və kişi öldürüldü

KRİMİNAL 22 iyl 2022, 09:48
Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evinin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılması barədə məlumat daxil olub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla hadisənin K.Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top