Asim Mollazadə: “Müharibədən sonra posttravmatik sindromlar müəyyənləşir”

GÜNDƏM 21 iyl 2022, 16:48
“Dünya təcrübəsi onu göstərir ki, müharibədən sonra müharibə iştirakçılarının bir çoxunda posttravmatik sindromlar müəyyənləşir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Deputat vurğulayıb ki, onun müalicəsi üçün çox ciddi, peşəkar psixoloji yardıma ehtiyac var:

“Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülməlidir və qazilərimizə dəstək üçün müvafiq bir struktur yaradılmalıdır. Həmin struktur psixoloji dəstəyi həyata keçirərək, qazilərimizə çox ağır problemlərinin həllində kömək olmalıdır”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top