Biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün iki günlük təlim yekunlaşdı

MEDİA 18 iyl 2022, 22:17
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)  22 iyul - Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında iki günlük təlim keçirib.

Demokrat.az
xəbər verir ki, “Şuşa ili” çərçivəsində keçirilən təlim tarixi-mədəni əhəmiyyətə və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan mədəniyyət paytaxtı – Şuşa şəhərində təşkil edilib.

Jurnalistlər üçün təşkil olunan yay məktəbində Maliyyə Nazirliyi, Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Gömrük Komitəsi,  Dövlət Vergi Xidməti və İİTKM-in əməkdaşları  “Dövlətin büdcə - vergi siyasəti”, “Sosial siyasət”, “Maliyyə-bank sektoru”, “Elektron ticarət” və “İqtisadi artım” mövzularında təlimlər keçib.

Tədbirin ikinci gününün sonunda iştirakçı media nümayəndələrinə sertifikatlar, təlimçilərə təşəkkürnamələr təqdim edilib.

Təlim müddətində təlimçilər və jurnalistlər Cıdır düzündə olublar, Şuşanın şəhərini gəzib, Şuşa qalası önündə xatirə fotosu çəkdiriblər.

İki günlük təlimə 30-a yaxın TV və onlayn media nümayəndəsi qatılıb

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top