ANAMA 24 ildə aşkarlanan minaların sayını açıqladı

SOSİAL 18 iyl 2022, 13:40
24 illik müddət ərzində ANAMA 70 437.9 hektar ərazi olmaqla, 845 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək təmizləyib.

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 24-cü ildönümü ilə bağlı məlumatda bildirilib.
 
"İşini şərəflə və qürurla həyata keçirən ANAMA, "Böyük Qayıdışa” inamla addımlayır. Qarabağımıza təhlükəsiz və sağlam qayıdışın təmin edilməsində əlindən gələni əsirgəməyən ANAMA vətəndaşlara çağırış edərək, işğaldan azad edilmiş ərazilərimizdə onları məsuliyyətli və sayıq olmağa çağırır. Səylərimizi birləşdirirərək, işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühiti yaradaq!”, - qeyd olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top