Mahir Xəttabın vəsatəti təmin edildi

MEDİA 14 iyl 2022, 12:50
Həbsdə olan Jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

Demokrat.az
xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan iclasda məlum olub ki, Mahir Ələkbərov kasassiya şikayətinə öz iştirakı ilə baxılmasını istəyir.

O, hakimə bununla bağlı məktub ünvanlayıb. Bundan başqa, Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov vəsatətlə çıxış edib. O, Mahir Ələkbərovun məhkəmədə işirakının təmin olunmasını istəyib. Hakim vəsatəti təmin edib və kasassiya şikayətinə Mahir Ələkbəovun iştirakı ilə baxılması barədə qərar qəbul edilib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri “Azadinfo.az” xəbər paylaşımı platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə iki min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib. Nəsimi rayon Məhkəməsinin hökmü ilə Mahir Ələkbərov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət versə də, adıçəkilən məhkəmə hökmü qüvvədə saxlayıb.

Fariz Məlikli
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top