Yay aylarında necə qidalanmalı? — AÇIQLAMA

SOSİAL 11 iyl 2022, 16:57
İlin hər bir fəslinə uyğun qidalanma rejimi olmalıdır. Məsələn qış aylarında isti yeməklərə, ət xərəklərinə, payızda vitaminli qidalara üstünlük verilir. Bəs yayda necə, yay fəslinin də öz qida rasionu var?

Qida mütəxəssisi Günay Quluzadə Demokrat.az-a açıqlamasında bildirib ki, yay fəslində insanlar qəbul etdiyi qidalara xüsusi diqqət etməlidirlər. Onun sözlərinə görə, xüsusilə xroniki xəstəlikdən əziyyət çəkən insanlar yüksək dərəcəli hava şəraitində qəbul etdiyi qidalara diqqətlə yanaşmaldıırlar:

“Çox isti, qızardılmış, turşulu yeməməliyik, qırmızı ətə üstünlük verməməliyik.



Daha çox yüngül qidalara üstünlüyün verilməsi məqsədəuyğundur. Tərəvəzli qidalar, soyuq şorbalar, süd məhsulları, meyvə salatları, tərəvəz salatları, yüngül qızardılmış balıq qida rasionumuzda üstünlük təşkil etməlidir. Yaxşı olardı ki, qurudulmuş meyvə yerinə təzə meyvələrə üstünlük verilsin. Meyvə şirələri əvəzinə isə daha çox meyvələrin özü ilə qidalanma vacibdir. Şirin ehtiyacımızı təzə meyvələrlə ev şəraitində hazırladığımız dondurmalarla ödəyə bilərik. Tərəvəzli porsiyalar üstünlük vermək əlverişlidir”. 

G.Quluzadə əlavə edib ki, karbohidrat qəbulu mütləq azaldılmalıdır:

“Əksinə, protein qəbulumuzu çoxaltmalıyıq. Bildiyimiz kimi, insanlar karbohidrat dediyimiz zaman ağıllarına daha çox un məmulatları gəlir. Amma, meyvə və tərəvəzlərin çoxunda da karbohidrad yetərincə qədər çoxdur. İçkilərə gəlincə, insanlar daha çox qablaşdırılmış, qazlı, enerjili içkilərə üstünlük verirlər.  Amma yay fəslinin ideal içkisi sərinləşdirici təbii meyvə şirələri və ev şəraitində hazırlanmış  limonad sərinləşdirici içkilərdir. Vətəndaşlarımızın bunlara üstünlük verməsi daha məqsədəuyğundur”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top