Şuşadakı ilk beynəlxalq turnirin qalibi bəlli oldu — FOTOLAR

QARABAĞ 10 iyl 2022, 13:08
“Əziz Şuşa” beynəlxalq velosiped yarışında II mərhələ başa çatıb. 

Dmokrat.az-ın məlumatına görə, Şuşa Füzuli Hava Limanından start götürən və Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısında yekunlaşan turnirin qalibi Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun velosipedçisi Elçin Əsədov olub. 



***10:28


“Əziz Şuşa” beynəlxalq velosiped yarışında II mərhələ başlayıb.

Demokrat.az-ın məlumatına görə, bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək.

İdmançılar sonuncu gündə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Şuşadakı ilk beynəlxalq turniri gənclər və idman naziri Fərid Qayıbov, Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev də izləyir.

Veloturda 8 ölkədən 13 komanda iştirak edir.

Qeyd edək ki, Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun velosipedçisi Elçin Əsədov "Əziz Şuşa" beynəlxalq turnirinin Bakıda keçirilən ilk mərhələsində qalib olub.






















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top