Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

İNFRASTRUKTUR 08 iyl 2022, 12:11
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban Bayramı ilə əlaqədar vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətləri göstərmək məqsədilə iyul ayının 9-dan 12-nə qədər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Demokrat.az-a qurumdan verilən məlumata görə, sərnişin axını nəzərə alınaraq, hərəkətin səmərəli təşkil edilməsi məqsədi ilə xəttlərə əlavə avtobuslar cəlb ediləcək, reyslərin müntəzəmliyi təmin ediləcək.

Sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması üçün zəruri təhcizatı və texniki sazlığı olmayan avtobuslar reyslərə buraxılmayacaq. 

Biletləri qabaqcadan və gündəlik satış kassalarından, eləcə də “avtovagzal.az” saytı vasitəsi ilə onlayn qaydada əldə etmək mümkündür.

İstiqamətlər üzrə kassaların işinin təşkili zamanı təhkim edilmiş reyslər arasında intervallar, habelə buraxılış qabiliyyəti nəzərə alınaraq əlavə kassalar açılacaq. 

Vətəndaşlar onları maraqlandıran suallarla bağlı “1414” Çağrı Mərkəzinə zəng edərək məlumat ala bilərlər.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top