Bakıda lift qırıldı: yaralılar var — VİDEO

GÜNDƏM 04 iyl 2022, 23:00
Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binalarından birinin lifti qırılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə İzzəddin Həsənoğlu 6 ünvanında baş verib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Daxili işlər Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top