DGK-nın daha iki vəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçildi

HADİSƏ 04 iyl 2022, 12:54
Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanını təqdimatına baxılıb. 

Demokrat.az xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanını təqdimatı təmin olunub. Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Səbail rayon Məhkəməsi tərəfindən həbs edilən Dövlət Gömrük Komitəsinin Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində də həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
  
Məhkəmə təqdimatı təmin edib və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Xatıladaq ki, ötən həftə adı çəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. 
Qeyd edək ki, bundan əvvəl “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində də həbs qətimkan tədbiri seçilib. 

Ehtiram Xəlilov 200 min manat rüşvət almaqda ittiham edilir.
 
Ehtiram Xəlilov Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top