DSMF yeni xidmətini təqdim etdi — VİDEO

SOSİAL 02 iyl 2022, 16:44
Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz. 

Bu barədə Demokrat.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 

- hamiləliyə və doğuma görə, 

- uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,

- uşağın anadan olmasına görə, 

- dəfn xərci kimi nəzərdə tutulan müavinət 

ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənə bilərsiniz.

Bunun üçün: 

e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz; 

Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.

Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı  - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.
 


Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top