“Müsabiqənin nəticələri reallığa uyğun və ədalətlidir” — RƏYLƏR

MEDİA 01 iyl 2022, 16:50
Azərbaycan Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində 2022-ci ilin ikinci yarısı üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb.

Demokrat.az müsabiqənin nəticələri ilə bağlı media cameəsinin fikirlərini öyrənib:

“Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət Demokrat.az-a açıqlamasında bildirib ki, müsabiqənin nəticələri reallığa uyğun və ədalətlidir:



“Müsabiqədə qalib gələn bütün həmkarlarımı təbrik edirəm. Ümid edirəm ki, onlayn mediamız da dövlətin dəstəyindən faydalanıb, daha da inkişaf edər və böyüyər”.

“Fanat.az” saytının baş redaktoru Əli Sahib açıqlamasında bildirib ki, MEDİA can üstə olan idman mətbuatının əsl dəstəkçisinə çevrilib:



“Sevindirici haldır ki, yaradıcısı və rəhbəri olduğum Fanat.az saytı sözügedən müsabiqənin üçüncü dəfə də qalibi oldu. Görülən işlərə, çəkilən əziyyətə diqqət həmişə sevindiricidir. Öz sahəmizdən danışacam. Bizə - idman mediasına əvvəllər bu qədər diqqət olmayıb. Halbuki sahəmiz spesifik sahədir, hər mətbu orqan bu sahədə uğurlu ola bilmir. Razılar, narazılar həmişə olub, olacaq da. İdman mətbuatında inanmıram bir nəfər desin ki, Fanat.az bu uğurları haqq etmir və bu siyahıda artıqdır. İşimizlə də bunu sübut etmişik. Bu gün də saytımız idman mediasında operativ, zövqlü, keyfiyyətli tərcümələr və xəbərlərlə öndə gedənlərdəndi. Təbii ki, bu sahədə agentliyin dəstəyi danılmazdır. Bir il öncə MEDİA can üstə olan idman mətbuatının əsl dəstəkçisinə çevrildi. Əməyimizi layiqincə qiymətləndirən MEDİA-ya təşəkkürümü bildirirəm”.

“Manset.az” xəbər portalının təsisçisi və rəhbəri Famil Fərhadoğlu  müsabiqənin nəticələri ilə bağlı fikirlərini bölüşüb:



“Biz bundan öncəki Medianın İnkişafı Agentliyinin onlayn  media subyektlərinə dəstək layihəsinə müraciət etmişdik. Həmin vaxtı seçim oldu və bu müsabiqədən keçə bilmədik. Amma buna baxmayaraq, biz doğurdan da komanda olaraq qısa zaman ərzində oxucuların rəğbətini qazanmaq üçün əzmlə çalışdıq. Bizim baş redaktorumuz Əli Vəliyev və digər əməkdaşlarında da özünə inam var idi ki, növbəti dəfə Medianın İnkişafı Agentliyi əziyyətimizi dəyərləndirəcək. Yekun olaraq, qaliblər sırasında ilk dəfə olaraq “manset.az”ın adını görmək çox sevindirici bir hal oldu. Sirr deyil ki, bu gün ölkə başçısı səviyyəsində Azərbaycan mediasına böyük diqqət və qayğı var.   Qeyd edim ki, Medianın İnkişafı Agentliyi qısa zaman ərzində yaranmasına baxmayaraq çalışır ki, müəyyən dəstək layihələri ilə medianın inkişafına dəstək göstərsin. Bu da bizdə böyük inam hissi yaradır. Ümid edirik ki, bu dəstək layihəsindən sonra “manset.az” işlərini daha da genişləndirəcək. Qalib gələn hər bir həmkarlarımıza uğurlar arzulayırıq”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top