Putin G20 Zirvə görüşünə dəvəti qəbul edib

REGİON 27 iyn 2022, 21:05
Rusiya prezidenti Vladimir Putin indoneziyalı həmkarı Coko Vidodonun noyabrın 15-16-da Balidə keçiriləcək G20 Zirvə görüşünə dəvətini qəbul edib.

Demokrat.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə bazar ertəsi dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, görüş videoformatda deyil, əyani şəkildə keçiriləcək.
 
"Bizə əyani formatda iştirak üçün dəvət gəlib. Hələ vaxt var. Ümid edirəm ki, pandemiya bu tədbirin əyani şəkildə keçirilməsinə imkan verəcək", - Uşakov qeyd edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top