NATO və Türkiyənin hərbi birləşmələrinə Ordumuzun nümayəndələri təyin olunacaq

HƏRBİ 26 iyn 2022, 23:24
NATO-nun Niderland Krallığının Brunsum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Hərbi-mülki əlaqələr və hərbi tərəfdaşlıq idarəsinin Hərbi tərəfdaşlıq şöbəsində Regional əlaqələndirmə üzrə qərargah zabiti və Türkiyənin İzmir şəhərində Quru Qoşunları Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası üzrə qərargah zabiti vəzifələrinə Azərbaycan Ordusunun nümayəndələri təyin olunacaqlar.

Bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a müsahibəsində deyib.
Nazir bildirib ki, Ordunun tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələrinə və ikitərəfli əməkdaşlığa əsasən, digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclər təhsil alırlar:

“Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Azərbaycan Ordusunun tədris müəssisələrində “Müdafiə strategiyası və planlaşdırılması” adlı yeni fənn tədris proqramına əlavə edilib.

“Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində NATO qərargahlarında Azərbaycan Ordusunun təmsil olunmasını təmin etmək məqsədilə NATO-nun yuxarı səviyyəli qərargahlarında Azərbaycan Ordusu zabitlərinin xidmət keçməsinin hərbi sahədə qabaqcıl və beynəlxalq təcrübənin, eləcə də NATO və tərəfdaş dövlətlərin silahlı qüvvələri ilə qarşılıqlı əməliyyat uyarlılığının əldə olunmasında müstəsna rol oynadığı nəzərə alaraq, Ordumuz üçün daha çox fayda verə biləcək vəzifələr müəyyən edilib və Tərəfdaşlıq Qərargah Vəzifələrinin sayının yaxın vaxtlarda bir qədər də artırılması planlaşdırılır. Bu artım nəticəsində NATO-nun Niderland Krallığının Brunsum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Hərbi-mülki əlaqələr və hərbi tərəfdaşlıq idarəsinin Hərbi tərəfdaşlıq şöbəsində Regional əlaqələndirmə üzrə qərargah zabiti və Türkiyənin İzmir şəhərində Quru Qoşunları Komandanlığında Əməliyyat İmkanları Konsepsiyası üzrə qərargah zabiti vəzifələrinə Azərbaycan Ordusunun nümayəndələri təyin olunacaqlar”.

İkitərəfli əməkdaşlıq proqramları və NATO “SNT” proqramı çərçivəsində minaların zərərsizləşdirilməsi, idarəetmə, hərbi tibb və s. sahələrdə təcrübələrinin öyrənilməsi məqsədilə xarici dövlətlərin müdafiə təsisatları ilə əlaqələr genişləndirilib və ekspert görüşlərinin sayı artırılıb: “Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi məqsədilə NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində yeni Tərəfdaşlıq məqsədi - “Strateji kommunikasiya” qəbul edilib. Şübhəsiz ki, bu, Azərbaycan Ordusunun strateji kommunikasiya sahəsində imkan və qabiliyyətlərinin artırılmasına töhfə verəcək”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top