Oğuzda yarıməsrlik ağacları kim qurutdu? — VİDEO

SOSİAL 25 iyn 2022, 14:47
Oğuzun Sincan kəndindəki 4 ədəd qovaq ağacına yandırıcı maddələr tökülüb.

Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun kənarında yaşanıb.

Yol kənarındakı 45-50 yaşlı 4 ədəd qovaq ağacı bir neçə hissədən dəmir alətlə kəsilib. Daha sonra həmin hissələrə yandırıcı maddə tökülərək, üstü palçıqla örtülüb. Yağış yağdıqdan sonra palçıq yuyulub və naməlum şəxslərin çirkin əməlləri üzə çıxıb.

Hadisənin gecə saatlarında törədilməsi ehtimal olunur.

Kənd sakinləri deyir ki, həmin ağacların altında üç kəndin sakinləri kölgələnmək və dincəlmək üçün toplaşır.

Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top