Narkoloji Dispanserin mühafizəçisi vətəndaşları aldatdı

KRİMİNAL 24 iyn 2022, 10:27
Bakının Binəqədi rayonunda işə düzəltmək adı dələduzluq edilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bir neçə vətəndaş Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə ərizə ilə müraciət edib. 

Onlar Narkoloji Dispanserdə mühafizəçi işləyən Sabir adlı şəxsdən şikayətçi olublar. 

Məlum olub ki, həmin şəxs Mülkədar Gözəlovun oğlunu işlədiyi dispanserə işə düzəltmək adı ilə 200 manat alıb. 

Lakin həmin pulu öz ehtiyacları üçün xərcləyib və onun oğlunu isə işə düzəldə bilməyib. 

Bundan sonra həmin şəxs tanışı vasitəsilə Gülarə Əhmədova oğlunun işə düzəlməsi üçün ona müraciət edib. Ondan bunun müqabilində hissə-hissə olmaqla ümumilikdə 280 manat alıb. 

Həmin pulu xərcləyib və dələduzluq əməli törədib. 

Sabir adlı şəxs törətdiyi əmələ görə, 1 ay müddətinə həbs olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top