Berdıməhəmmədov müalicə üçün Almaniyaya getdi

DÜNYA 22 iyn 2022, 18:15
Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov müalicə almaq üçün Almaniyaya səfər edib.

Bu barədə məlumatı “turkmen.news” portalı yayıb.

Bildirilir ki, iyunun 21-i Berdıməhəmmədov hökumət təyyarəsi ilə paytaxt Aşqabaddan Münhen şəhərinə gedib. O, şəhərə çatdıqda dərhal yerli klinikaların birinə yollanıb.

Bununla belə, Türkmənistan Prezidentinin tibb müəssisəsinə hansı səbəbdən müraciət etməsi açıqlanmayıb.

Onun iyunun 23-ü ölkəsinə qayıdacağı güman edilir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top