Tağı Əhmədovun faizə pul verdiyi şəxsin cəzası azaldıldı — QƏRAR

HADİSƏ 22 iyn 2022, 11:32
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Demokrat.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Sədaət Xəlilovun şikayəti üzrə qərar elan edilib. 

Qərara görə, Sədaət Xəlilovun həbs müddəti 1 il azaldlıb. 

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. 

Səadət  həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. 

Qulu Muxtarov və Sahil Abuşovun işi S.Xəlilovun işindən ayrılıb.
 
Sədaət Xəlilov tək mühakimə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top