Azərbaycanın Kəlbəcər və Zəngilandakı qızıl yataqlarına dair yeni öhdəlikləri təsdiqləndi

QARABAĞ 21 iyun 2022, 21:46
Azərbaycan hökumətinin Kəlbəcər və Zəngilandakı qızıl yataqlarına dair yeni öhdəlikləri təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə uyğun olaraq Azərbaycan hökumətinin təminatı və öhdəlikləri təsdiq edilib.

Hökumətin təminat və öhdəliklərlə bağlı Nazirlər Kabinetinin 1998-ci il 23 yanvar tarixli qərarı ləğv olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top