Nazirdən uşaq bağçalarında valideynlərdən qanunsuz pul alınmasına REAKSİYA

GÜNDƏM 21 iyn 2022, 13:03
Təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, nazir hazırda uşaq bağçalarının əksəriyyətinin fəaliyyətini qənaətbəxş saydığını söyləyib.

Qeyri-qanuni pul yığılması məsələsinə gəlincə, nazir bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini qeyd edib: “Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və orada olan vəziyyət buna imkan vermir. Bəzi hallarda isə bu insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır”.

E.Əmrullayev xatırladıb ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlayıb, yaxın həftələrdə yəqin ki, ictimaiyyət qərarları görəcək: “Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığımlarının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığımlarının əleyhinəyik. Dəfələrlə də belə hallar aşkarlananda hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür”.

Kərim
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top