Rusiyanın Ukraynadakı müharibədə itkiləri açıqlandı

GÜNDƏM 19 iyn 2022, 23:41
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 33 600 hərbçisini itirib.

Bundan başqa, Rusiyanın 1 468 ədəd tankı, 3 577 ədəd zirehli döyüş maşını, 745 ədəd artilleriya sistemi, 235 ədəd reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 181 ədəd helikopteri, 14 ədəd gəmi/kateri, 598 ədəd dronu, 130 qanadlı raket və 55 ədəd xüsusi texnikası məhv edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top