Prezidentin xüsusi nümayəndəsi: "Şuşada köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir"

SİYASƏT 19 iyn 2022, 13:33
Şuşada məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.

Xüsusi nümayəndə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğalı başa çatıb. Müharibə başa çatdıqdan dərhal sonra, o cümlədən Şuşa şəhərində yenidənqurma işlərinə başlanılıb.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top