Kanadada atışma nəticəsində ölən və yaralananlar var

DÜNYA 18 iyn 2022, 21:09
Kanadanın Toronto şəhərində atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Bu barədə CTV kanalı məlumat yayıb.

Hadisə bu gecə metropolun qərb hissəsindəki küçələrdən birində baş verib.

Atışma barədə həyəcan siqnalından sonra hadisə yerinə gələn polis güllə yaraları olan bir nəfəri aşkar edib, o, aldığı yaralardan yerindəcə keçinib. İkinci zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Atışma ilə bağlı hələlik heç kim saxlanılmayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top